EN

Ukrayna Monqolustanı, Rusiya Ukraynanı ittiham edir

Ukrayna xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Qeorgi Tixiy, Rusiya prezidrnti Vladimir Putinin Monqolustana səfərini şəhr edərkən bildirib ki, "Monqolustan Roma statutunu təsdiq etməsinə baxmayaraq,  Beynəlxalq Cinayət Məhkəməsinin orderinə əsasən Vladimir Putini "həbs" etməyib. Bu isə məhkəməyə və beynəlxalq sistemin cinayət hüququna zərbə vurmaq deməkdir.

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində, Ukrayna rəsmilərinin ücüncü dövlətə və onun Rusiya ilə münasibətlərinə qarşı verdiyi bəyənatı həyaslzlıq kimi qiymətləndirib.

 Lavrovun fikirincə Beynəlxakq Cinayət Məhkəməsinin adı təsadüfən çəkilməyib. Qərb onsuz da artıq, ikili standartlardan utanmır.

 " Bu yaxlnlarda BCM-si İsrail rəhbərliyinə qarşı beynəkxalq  axtarış verilməsi barədə nəsə deməyə cəhd edirdi. Lakin məlum ağaları bu fikirə düşənlərin "ağzından vuran" kimi, danışanlar susdular"- deyə Lavrov xatlrladıb. 

  Rüstəm Hacıyev
 

Chosen
111
adalet.az

1Sources