EN

Anklavların geri qaytarılması prossesi: Ciddi anlaşmaların olduğunu dair məlumatlar var -ŞƏRH

Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara-red) qaytarılması ilə bağlı hazırlıq aparılır. Bunu Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib. V.Manqasaryan qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq. O iddia edir ki, Azərbaycanın əsas məqsədlərindən biri də Ermənistan ordusunun silahsızlaşdırılmasıdır. Erməni ekspert söyləyib ki, bunu Qarabağda hərbi birlikləri (separatçıların terrorçu dəstələrindən söhbət gedir-red) məhv etməklə həyata keçirdilər. İndi növbə Ermənistan ordusundadır və görünür, buna da nail olacaqlar. 

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Azərbaycanın Ermənistanın işğalı altında qalan kəndlərinin geri qaytarılması çoxdan müzakirə olunur:

"Sözügedən məsələ ilə bağlı kifayət qədər ciddi anlaşmaların olduğu ilə əlaqədar məlumatlar da mövcuddur. Bir müddət öncə Azərbaycanın anklav olmayan 4 kəndinin geri qaytarılması buna sübutdur. Azərbaycan və Ermənistan arasında ikitərəfli müzakirələr sayəsində 4 kəndin qaytarılmasını təmin etmək mümkün oldu. Böyük ehtimalla daha 4 kəndin geri verilməsi yaxın vaxtlarda baş tuta bilər. Ermənistan Baş naziri Nikol Paşinyan da bildirib ki, Azərbaycanla ikitərəfli müzakirələr daha effektivdir. Birbaşa danışıqların əsas müəllifi isə Azərbaycandır. Hətta iki ölkə arasında sərhəd delimitasiya işlərini aparacaq işçi qrupunun fəaliyyət reqlamentinin təsdiqlənməsini barədə anlaşma da əldə edilib. Bu sənəd hər iki ölkənin parlamentlərində təsdiqlənmək üzrədir. Daha sonra sərhəd delimitasiya prosesinin daha da intensivləşəcəyi gözlənilir. Bütün bunları nəzərə alanda Azərbaycana aid kəndlərin geri qaytarılmasının qaçınılmaz olduğunu görürük”.
Chosen
131
sherg.az

1Sources