Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqının ikinci rübün ümumi daxili məhsul (ÜDM) və məşğulluq məlumatlarını dərc edib.
İndex.az xəbər verir ki, Aİ-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ilin ikinci rübündə rüblük bazda 0,2%, illik bazda isə 0,8% artıb.
İkinci rübdə bir əvvəlki rüblə müqayisədə ÜDM İrlandiyada 1%, Latviyada 0,9%, Avstriyada 0,4%, İsveçdə 0,3%, Macarıstanda 0,2% və Almaniyada 0,1% azalarkən, Fransa və İtaliyada 0,2%, İspaniyada isə 0,8% artıb.
İkinci rübdə ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə İrlandiyada 4,1%, Estoniyada 1,3%, Finlandiyada 1,2%, Avstriyada 0,6% və Latviyada 0,1% azaldığı halda, Fransada 1%, İtaliyada 0,9%, İspaniyada 2,9% artıb.
Fransada isə bu göstəricilər stabilliyini qoruyub.