Ukraynanın Nazirlər Kabineti Zakarpat Regional Hərbi Administrasiyasının rəhbəri Viktor Mikitanın vəzifəsindən azad edilməsinə razılıq verib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçukun Telegram kanalına istinadən məlumat yayıb.
"Mikita Viktor Fedoroviçin Zakarpat vilayətinin dövlət administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi razılaşdırılıb", - Melniçuk yazıb.
İndi Mikitanın vəzifədən azad edilməsini prezident Vladimir Zelenski fərmanla təsdiqləməlidir.
QAZİLER.AZ