EN

83 nəfərlik boş yer qalıb

Böyük Britaniyada hökumətin həbsxanalardakı ciddi doluluq nisbətinə görə Baltikyanı ölkə Estoniyada həbsxana icarəyə götürə biləcəyi iddia edilib. “Daily Telegraph” qəzetində yer alan xəbərdə Estoniyanın cinayət nisbətlərinin aşağı olması səbəbindən həbsxanalarındakı ehtiyat tutumu başqa ölkələrə icarəyə verməyi təklif etdiyini açıqladıqdan sonra İngiltərə Ədliyyə Nazirliyinin bu variantı nəzərdən keçirdiyi bildirilib.

Xəbərdə İngiltərə və Uelsdə məhkum olunmuş cinayətkarların həbsxanaların yarısının boş olduğu Estoniyaya göndəriləcəyi və bunun müqabilində İngiltərənin bu ölkəyə 25 milyon funt-sterlinq ödəmə edəcəyi qeyd edilib.

“The Daily Telegraph”ın hökumət mənbələrinə istinadən verdiyi xəbərdə həbsxanalardakı ciddi doluluq nisbəti səbəbiylə problemin həlli variantlarının müzakirə olunduğu qeyd edilib.

***

Estoniyanın ədliyyə naziri Liisa Pakosta da qəzetə deyib: “Böyük Britaniya və Estoniyanın uğurlu beynəlxalq əməkdaşlıq tarixi var və belə tərəfdaşlıq bir-birindən faydalanmaq və öyrənmək üçün daha çox imkanlar yaradacaq”.

İngiltərə Daxili İşlər Nazirinin müavini Angela İql, “Sky News”a verdiyi açıqlamada, hökumətin Estoniyada ingilis məhbuslar üçün həbsxana kirayə verməyi düşünüb-düşünmədiyini sualına, “Bu məsələ mənim birbaşa məsuliyyətim deyil”, – deyərək cavab verməkdən imtina edib.

“Əminəm ki, həmkarlarım həbsxanalarda, həbsxana xidmətlərində və ümumiyyətlə əvvəlki hökumətin cinayət ədliyyə sistemində qaldığımız böhranla mübarizə aparmaq üçün hər hansı bir addım atmağı düşünürlər”, –İql deyib.

İngiltərə və Uelsdə 1991-ci ildə təxminən 40 min olan həbsxana məhbuslarının sayı son dörd həftədə mindən çox artaraq 88 mini keçib. Ötən aydan bəri İngiltərə və Uelsdəki kişi həbsxanalarında cəmi 83 boş yer qalıb.

Chosen
99
3
vaxt.az

4Sources