EN

FETÖ-də ŞOK: “Mən həbsdə çox yatdım, bir az da onlar yatsın”

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, FETÖ-nün rəhbəri Fətullah Gülənin səhhətindəki problemlərlə əlaqədar təşkilatı idarə edə bilməməsi səbəbindən hakimiyyət çəkişmələri yaşanır.

Musavat.com xəbər verir ki, F. Gülənin qardaşı oğlu Ebuseleme Gülənin paylaşdığı video paylaşımlardakı etiraflar təşkilatın əsl niyyətlərini və təşkilat daxilindəki hakimiyyət mübarizələrini sübut edir.

E. Gülənin “Delice Muhabbet” adlı YouTube kanalında yayımladığı son video Fətullah Gülənin və onun köməkçilərinin insanların dini hisslərindən pul üçün istifadə etdiyini, təşkilata üzv olan izləyicilərin gələcəyinin nəzərə alınmadığını bir daha üzə çıxarıb.

Təşkilatı həyəcanlandıran bu video ilə Ebuseleme Gülən ona ən yaxın olanları tənqid etməyə davam edir. O, son videosunda əmisi F.Gülənin 15 iyul uğursuz çevriliş cəhdindən sonra həbs olunanlarla bağlı dediyi “şok edici” sözləri də paylaşıb.

E. Gülən videosunda bildirir ki, çevriliş cəhdindən 2 il sonra təşkilatın lideri F. Güləni ziyarət edərkən “Əfəndim, Türkiyədə sizi sevənlər həbsdədir” deməsi əmisinin qəzəblənməsinə səbəb olub. O, belə reaksiya verib: “Mən həbsdə çox yatdım, bir az da onlar yatsın”.

Ebuseleme Gülənin bu paylaşımı ilə Fətullah Gülənin təşkilata qoşulanların hisslərindən öz maraqları üçün istifadə etdiyi bir daha vurğulanır.

O, videosunda “Hocaəfəndi” adlandırdıqları, uğruna iş və ailə həyatını riskə atdıqları, sözlərinə sona qədər inandıqları, uğrunda həbsxanada vaxt keçirdikləri şəxsin qəddarlığını ortaya qoyur.

Digər tərəfdən, FETÖ-nün Almaniyada fəaliyyət göstərən “Time to Help e.V.” adlı xeyriyyə təşkilatının vəsaitlərinin dondurulması qərarı üzvlərdən gizli saxlanılır.

Təşkilatın maliyyə imkanlarının zəifləməsi səbəbindən böyük dalana dirəndiyi müşahidə edilir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
116
1
musavat.com

2Sources