Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe bu yay keçirilən Avropa çempionatından danışıb.
Fanat.Az xəbər verir ki, Almaniyada baş tutan AÇ-2024-ün yarımfinalında İspaniyaya uduzaraq çübarizəni dayandıran "xoruzlar"ın forvardının sözlərini "L`Equipe" belə çatdırıb:
"Avropa çempionatı artıq geridə qalıb. Hə, AÇ-də fiaskoya uğradıq, amma turirdən sonra dərhal digər işlərə kökləndim. Finala çıxa bilməmək bizim üçün xoş olmadı, amma irəli baxmalıyıq".
Xatırladaq ki, Mbappe "Real Madrid" forması ilə bütün turnirlərdə 5 matça çıxaraq 2 qol vurub.
Nihat