EN

Ermənistanla Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzalayıb

Ermənistan və Gürcüstan Avropa Şurasının Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı orderini dəstəkləyən bəyannaməsini imzalayıblar.

"Cebheinfo.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənəd Avropa Şurasının saytında paylaşılıb.

Şuranın Mətbuat xidmətinin yaydığı məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər.

Sənəddə yer alan prinsiplər tövsiyə xarakteri daşıyır. 

Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna, Moldova, ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və digər bir neçə ölkə dəstəkləyib.

Sənədi dəstəkləməyən ölkələr sırasında isə Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya var. 

Sözügedən bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və digər rusiyalı siyasətçilərin həbsi ilə bağlı orderləri yer alıb. 

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin həbsinə dair order verib.

"Cebheinfo.az"

Chosen
47
10
cebheinfo.az

10Sources