EN

AMEA-nın binasında ÖLÜM

Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki,\ sentyabrın 5-də saat 12 radələrində H.Cavid prospekti, 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.

Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.

Onun infarktdan öldüyü qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Chosen
154
13
day.az

10Sources