EN

Zəngəzur dəhlizi iştirakçı tərəflərin tranzit və logistika potensialını artıracaq - Sahil Kərimli

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması bütün dünya üçün böyük əhəmiyyətdaşıyan bir iqtisadi layihə olacaq. Onun fəaliyyəti bir neçənəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyatdəhlizlərinin inkişafına gətirib çıxaracaq. Bu dəhliz vasitəsiləuzaq Çindən daşınan yüklər Azərbaycandan keçməklə, Avropaya qədəruzanacaq. Bununla da ölkəmiz mühüm tranzit imkanları əldəedəcək.

Trend xəbər verir ki, bunuAZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasişərhçi Sahil Kərimli deyib.

Zəngəzur dəhlizinin region iqtisadiyyatının inkişafı üçün böyükimkan yaradacağını qeyd edən S.Kərimli bildirib ki, bu layihədəhlizdən istifadə edən bütün tərəflərin tranzit və logistikapotensialını artıracaq. Bu potensialın reallaşması regionda yeninəqliyyat marşrutlarının yaradılmasına və əməkdaşlığınmöhkəmlənməsinə gətirib çıxaracaq.

“Azərbaycanın müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi hazırdaErmənistan tərəfindən ləngidilir. Təbii ki, layihəninləngidilməsində maraqlı olan tərəflər var və həmin qüvvələr prosesəmane olurlar. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Zəngəzurdəhlizinin açılması üçün bütün mümkün imkanlardan istifadəediləcək”, - deyə siyasi şərhçi qeyd edib.

Vurğulayıb ki, dünyada nəhəng iqtisadi güclərdən biri olan Çinüçün də Zəngəzur dəhlizi böyük əhəmiyyət daşıyır. Çünki Çinməhsullarının Zəngəzur dəhlizi vasitəsilə dünyanın bir sıraölkələrinə göndərilməsi bu ölkə üçün vacib amillərdən birdir. Çinin“Bir kəmər, bir yol” layihəsini dəstəkləyən əsas ölkələrdən biri dətəbii ki, Azərbaycandır. Azərbaycan Prezidenti İlham Əliyev və Çinlideri Si Cinpin Davos İqtisadi Forumu çərçivəsində və ondan sonraikitərəfli təmaslarda, görüşlərdə bunu xüsusi vurğulayıblar.Ölkəmiz tərəfdən “Bir kəmər, bir yol” layihəsinə töhfələrverilib.

Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyətini qeyd edənSahil Kərimli deyib: “Zəngəzur dəhlizi Çin və Avropa ölkələri üçünxüsusi maraq kəsb edir. Yaxın bir zamanda reallaşdırılacaq Zəngəzurdəhlizi layihəsində əsas açar Azərbaycandır. Bu layihənin işədüşməsi iştirakçı tərəflərin tranzit və logistika imkanlarınınartması deməkdir”.

Məqalədə:
Chosen
114
5
az.trend.az

6Sources