Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki sazişdən çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Kiyev MDB Hökumət Başçıları Şurasının 2009-cu ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin büdcə vəsaitlərindən maliyyələşən MDB orqanlarının vahid büdcəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsi haqqında” qərarından və 23 may 2008-ci ildə Minskdə , habelə 2012-ci ilin mayında qəbul edilmiş “MDB orqanlarının maliyyələşdirilməsi prosedurunu tənzimləyən Müstəqil Dövlətlər Birliyinin normativ hüquqi aktlarına dəyişikliklər edilməsi haqqında” qərardan çıxıb.