EN

Azərbaycanda ilginc dələduzluq: 11 boçka yağ, 250 manat pul...

Bakıda taksi sürücüsü sərnişin tərəfindən dələduzluğa məruz qalıb. 

Azreform.info -ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisə Bakı-Lənkərana taksi fəaliyyəti ilə məşğul olan Bürhan Cəlalovun (soyad şərti) başına gəlib. 

Belə ki, Bürhana 3-cü mikrorayon ərazisində naməlum şəxs 11 boçka 5 litirlik yağ verərək, təcili Lənkərana çatdırılmasını istəyib. Həmin şəxs həmçinin sürücüdən 250 manat istəyərək bildirib ki, həmin pul və rayona sərnişinsiz getiyinə görə taksi pulu Lənkəranda sifarişçi tərəfindən ona veriləcək.

Bürhan həmin şəxslə razılaşaraq, üzərində olan 250 manat pulu ona verib. Daha sonra Lənkərana yola düşüb. Rayona çatdıqda isə yağı təhvil verəcəyi "şəxsə" zəng çatmayıb və dələduzluğa məruz qaldığını anlayıb. Üstəlik də apardığı yağların vaxtının keçdiyini də öyərnib. 

Sürücü məsələ ilə bağlı polisə məlumat verib və hazırda araşdıra aparılır. 
 

Chosen
62
6
azreform.info

7Sources