EN

İtaliya Avropada Azərbaycanın etibarlı tərəfdaşlarından biridir



"İtaliya Avropada Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Bakı ilə Roma arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin İtaliyaya səfəri bu əlaqələrin bir qədər də inkişafına təkan verəcək".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Prezidentinin İtaliyaya səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, İtaliya Avropada Azərbaycana maraq göstərən, Bakı ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməyi hədəfləyən az sayda ölkələrdən biridir:

"İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının zəruriliyini qeyd edib, ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Elə bu səbəbdəndir ki, 44 günlük Vətən Müharibəsi zamanı bu ölkə bəzi Avropa dövlətlərindən fərqli olaraq Azərbaycana qarşı yönəlmiş əsassız təzyiqlərə qoşulmadı, Bakının öz ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı mübarizəyə eturaz bildirmədi. Bu gün də İtaliya işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq işlərinə öz dəstəyini verir".

Arzuman Muradlı onu da deyib ki, dövlət başçılarının hər bir səfəri ölkələr arasında əlaqələrin daha da inkişafına təkan verir və bu baxımdan Prezident İlham Əliyevin İtaliya səfəri də Roma və Bakı arasında yeni bir mərhələnin əsasını qoyacaq.

Süleyman
Chosen
61
newscenter.az

1Sources