Pentaqon Ukraynaya davam edən yardım fonunda müxtəlif silah ehtiyatlarının azalmasından narahatlığını ifadə edib.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Konqresin köməkçiləri Amerikanın Ukraynaya silah satışının bu il ləngiməsinin səbəbinin tam aydın olmadığını bildiriblər.
"Bu, qismən Pentaqonun ABŞ hərbi sənayesindəki təchizat zəncirləri ilə bağlı problemlər səbəbindən öz ehtiyatlarının tükənməsindən narahatlığı ilə bağlıdır", deyə "Reuters" qeyd eidb.
Agentlik həmçinin bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Konqreslə təcili danışıqlara başlayıb və bununla da sentyabrın 30-na kimi Kiyevə 6 milyard dollarlıq hərbi yardımın istifadəsinə icazə vermək istəyir.
Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün Ukraynaya 650 çoxməqsədli “Martlet” raketi ötürməyi planlaşdırır. İlk partiyanın ilin sonuna qədər buraxılması gözlənilir və ümumi müqavilənin dəyəri təxminən 213 milyon dollar təşkil edir.
Samir