EN

Şahmat üzrə Avropa çempionatında V turun oyunları keçirilib

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun oyunları keçirilib.Bolgə.TV xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib. Bu tur Azərbaycan millisində Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıb. Yekunda milli 3-1 hesablı qələbəni aktivinə yazdırıb.Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5-1,5 hesabı ilə qələbə qazandırıb.V turdan sonra kişilərdən ibarət Azərbaycan komandası 6 xalla 9-cu yerdədir. Hərəyə 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandası turnir cədvəlinə başçılıq edir.Bu gün Avropa çempionatında istirahət günüdür. Noyabrın 17-də keçiriləcək VI turda kişilərdən ibarət Azərbaycan komandası Yunanıstan, qadın şahmatçılar isə Bolqarıstanla mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
304
34
bolgexeber.com

10Sources