Gürcüstanda zəlzələ baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib.
Zəlzələnin episentri Tbilisinin 49 km-liyində qeydə alınıb. Yeraltı təkan 7 dərinlikdə olub.
Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.
Bizim.Media