EN

Rusiyanın beynəlxalq ehtiyatları 11,6 milyard dollar artıb

Rusiyanın beynəlxalq ehtiyatları avqust ayında əvvəlki ayla müqayisədə 11,6 milyard dollar artaraq 613,7 milyard dollara çatıb.

Banco.az  xəbər verir ki, Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ölkənin beynəlxalq ehtiyatları sentyabrın 1-nə avqustun 1-i ilə müqayisədə təxminən 1,9 faiz artaraq 602,1 milyard dollardan 613,7 milyard dollara yüksəlib.

Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında qızılın payı iyulda 29,8 faiz artaraq 2000-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan xarici valyuta, qızıl və digər  ehtiyat aktivlərindən ibarətdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Chosen
127
banco.az

1Sources