Rafa Mir ilə bağlı növbəti qərar verilib. İki qıza qarşı cinsi təcavüzdə şübhəli bilinən “Sevilya”nın hücumçusu həbsdən azad edilib.
Bu barədə “Marca” məlumat yayıb. 27 yaşlı ispaniyalıya pasportu müsadirə olunmaqla ölkə ərazisini tərk etmək və zərərçəkənlərə 500 metrdən çox yaxınlaşmaq qadağan edilib.
Qeyd edək ki, Mir müqavilə ilə “Valensiya”ya məxsusdu və “Sevilya”da icarə əsasında oynayırdı. O, seksual zorakılıq ittihamı ilə həbs edilmişdi.