EN

“Starliner” kosmik gəmisi Yerə qayıtdı – Ekipaj üzvləri qaldı


“Boeing”in “Starliner” kosmik gəmisi sentyabrın 7-nə keçən gecə Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq Yerə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Gəmi göyərtəsində ekipaj üzvləri olmadan Yerə qayıdıb.
Xatırladaq ki, “Starliner” iyunun 5-də buraxılıb və ertəsi gün BKS ilə yanaşıb. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilliams olub. Ehtimal edilirdi ki, qurğu və onun heyəti yanaşmadaq səkkiz gün sonra Yerə qayıdacaq, lakin uçuş zamanı hərəkət sistemində problem yaranıb. Problemə görə “Starliner”ə qayıtmaq ekipaj üçün təhlükəli hesab edilib.
Astronavtların qayıdışı 2025-ci ilin fevralına qədər təxirə salınıb. Onlar “SpaceX”in “Crew Dragon” kosmik gəmisi tərəfindən götürüləcək.
Qeyd edək ki, “Starliner” buraxılışı “Boeing”in Beynəlxalq Kosmik Stansiyaya ilk insanlı buraxılışı olub.
Chosen
112
yeniavaz.com

1Sources