Bakı. Trend:
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyartosentyabrın 10-da Ermənistana səfər edəcək.
Trend erməni KİV-lərinəistinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN)mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, səfər çərçivəsində xarici işlər naziri AraratMirzoyanla görüş keçiriləcək.
Bundan başqa, P. Siyarto “Qarşılıqlı əlaqənin geosiyasəti:rəqabətdən əməkdaşlığa” mövzusunda panel müzakirəsində iştirakedəcək.