"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Sportinfo.az-a müsahibə verib.
- 5 tur arxada qaldı. Bu periodu "Sumqayıt" üçün necə şərh edərdin?
- Arxada qalan 5 tur haqqında deyə bilərəm ki, daha yaxşısını da edə bilərdik. Ümumilikdə götürəndə mövsüm hələ qabaqdadır. Uğurlu nəticələr qazana bilərik.
- Qeyri-sabit çıxış edirsiniz. 2 qələbə, 3 məğlubiyyət var. Bu, nə ilə bağlıdır?
- Səbəb məşqdə etdiklərimizi oyunda həyata keçirə bilməməyimizdir. Məncə, yeganə səbəb budur. Çalışıb birlikdə aradan qaldıracağıq
- Bu baxımdan yaranmış fasilənin yerinə düşdüyünü demək olar?
- Ümid edirəm ki, bu fasilə bizim üçün uğurlu olar. Gələcək oyunlarda həm gözəl oyunlarla, həm də qələbələr ilə azarkeşlərimizi sevindirərik.
XANOĞLAN