EN

Çiy sarımsağın sızanaqlara təsir edəcək möcüzəvi FAYDALARI

Bəzi insanlar dəri sızanaqları üçün təbii üsullara müraciət edir, bəziləri isə mütəxəssislərdən aldıqları məsləhətlərə əməl edirlər. Son zamanlar TikTok-da virus kimi yayılan sızanaqlara çiy sarımsaq tətbiq etmək təklifi nə dərəcədə doğrudur?

Demokrat.az çiy sarımsağın sızanaqlara təsirlərini təqdim edir:

1. Bu yaxınlarda sızanaqlarına çarə axtaran TikTok istifadəçiləri yeni üsul kəşf ediblər. Üzlərindəki sızanaqlara çiy sarımsağı çəkən istifadəçilər sarımsağın sızanaqları yox etdiyinə inanırlar.

2. İstifadəçilər üzlərinə sarımsaq vururlar və deyirlər ki, qəribə gözəllik hiyləsi dəri ləkələrini tez aradan qaldırır. Bununla belə, mütəxəssislər sarımsağı birbaşa üzə sürtməyin yaxşı fikir olmadığı barədə xəbərdarlıq edirlər.

3.Dermatoloq, Dr. Ketaki Bhate, TikTok-dan yayılan bu təcrübənin qıcıqlanma və hətta kimyəvi yanıqlara səbəb ola biləcəyini və iltihabdan sonra yaralar buraxa biləcəyini söyləyib.

4. ⁠Digər dermatoloq Dr. Shereene Idriss bununla razılaşır və deyir ki, sarımsağın dəriyə topik tətbiqi sızanaqları təmizləməyəcək.

5. Hormonal sızanaqlarla mübarizə aparan insanlar tez-tez reçeteli dərman tələb edirlər.

6. Sarımsaq C və B6 vitaminləri, manqan və seleniumun əla mənbəyidir. Bundan əlavə, sarımsaqda antioksidan, iltihabəleyhinə və antimikrobiyal xüsusiyyətlərə malik olduğu sübut edilmiş allisin kimi kükürd birləşmələri var.

7. ⁠Sızanaq problemi olanlara sarımsaqla yanaşı, yüksək glisemik indeksli, antioksidantlar, Omeqa-3, probiotiklər və sinklə zəngin pəhriz tövsiyə edirik.

8. ⁠Hər kəsin dərisi çox fərqlidir, buna görə ümumi bir üsul hər kəs üçün uyğun olmaya bilər. Ümumiyyətlə, sızanaqlara qarşı (qeyri-komedogen) məhsullar və eyni zamanda çoxlu məhsullardan istifadə dərini qıcıqlandıra bilər. Bu səbəbdən mütləq bir mütəxəssisə müraciət etməlisiniz.

Mehriban Mirzəzadə
Demokrat.az
Chosen
143
demokrat.az

1Sources