EN

Blinken onunla şəxsən görüşmək istəyir

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andriy Sibiqa ilə şəxsən görüşmək arzusunda olduğunu bildirib.

Publika.az xəbər verir ki, Blinken bu barədə “X” sosial şəbəkə səhifəsində yazıb:

"Mən yaxın həftələrdə onunla görüşməyi səbirsizliklə gözləyirəm", - Blinken bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, Sibiqa onun “köhnə tərəfdaşı”dır və yaxın əməkdaşlığı davam etdirəcəklərinə ümid edir.

Ukraynanın yeni xarici işlər naziri Sibiqa bildirib ki, Blinkenlə “əla söhbət” edib.

Chosen
517
publika.az

1Sources