EN

ABŞ Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı təhqiqatı genişləndirmək niyyətindədir

Konqresdəki respublikaçılar ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı təhqiqatı genişləndirmək və demokratları seçkidə tənqid edərkən bunu mərkəzi məsələyə çevirmək niyyətindədirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“ABŞ Konqresindəki respublikaçılar Bayden administrasiyasının Əfqanıstandan qoşunların çıxarılmasına dair qərarı ilə bağlı təhqiqatı genişləndirir və şahidlərdən əlavə ifadələr tələb edirlər”, – nəşr mənbələrdən sitat gətirib.

Qeyd edilib ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki respublikaçılar 2021-ci ilin avqustunda Kabildəki qoşunlara rəhbərlik etmiş amerikalı hərbi komandirləri dinləmələrə çağırmağı planlaşdırırlar. Bəziləri əvvəllər Prezident Cozef Bayden administrasiyasının Əfqanıstanla bağlı qərarlarını tənqid edib.

Məqalədə, həmçinin bildirilir ki, prezidentliyə namizəd Donald Tramp öz kampaniyasını Əfqanıstandan qoşunların çıxarılması zamanı ABŞ-ın hərbi itkilərinə yönəltməyi və bu məsələdən siyasi rəqiblərini tənqid etmək üçün istifadə etməyi planlaşdırır.

Bundan əvvəl ABŞ-ın Dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasının deputatlarının tələbi ilə Amerika qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılması ilə bağlı ifadə vermək üçün Konqresə çağırılmışdı.

Chosen
116
1
ikisahil.az

2Sources