Bakı. Trend:
Konqresdəki respublikaçılar ABŞ qoşunlarının Əfqanıstandançıxarılması ilə bağlı aparılan təhqiqatı genişləndirmək və bumövzunu qarşıdan gələn seçkilərdə demokratlara qarşı əsas tənqidvasitəsinə çevirmək niyyətindədirlər.
Trend-in “The WashingtonPost”a istinadən verdiyi məlumata görə, respublikaçılar Baydenadministrasiyasının Əfqanıstandan qoşunların çıxarılması ilə bağlıqərarını daha dərindən araşdırmağı planlaşdırır və əlavə şahidifadələri tələb edirlər.
Xəbərdə qeyd olunur ki, Nümayəndələr Palatasının Xarici ƏlaqələrKomitəsindəki respublikaçılar, 2021-ci ilin avqustunda Kabildəkiqoşunlara rəhbərlik etmiş ABŞ hərbi komandirlərini dinləmələrəçağırmağı planlaşdırırlar. Bu komandirlərdən bəziləri əvvəllərBayden administrasiyasının Əfqanıstanla bağlı qərarlarını tənqidediblər.
Məqalədə, həmçinin, prezidentliyə namizəd Donald Trampın özseçki kampaniyasını Əfqanıstandan qoşunların çıxarılması zamanıABŞ-ın verdiyi hərbi itkilər üzərində qurmağı və bu məsələnirəqiblərini tənqid etmək üçün istifadə etməyi planlaşdırdığı qeydolunur.
Daha əvvəl, ABŞ Dövlət katibi Antoni Blinken də NümayəndələrPalatasının tələbi ilə Əfqanıstandan qoşunların çıxarılmasımövzusunda ifadə vermək üçün Konqresə çağırılmışdı.