EN

Şimali Koreya lideri yeni hərbi-dəniz bazasının tikintisinə baş çəkib

Şimali Koreya lideri Kim Çen In böyük yerdəyişmə qabiliyyətinə malik gəmilər üçün nəzərdə tutulmuş yeni hərbi-dəniz bazasının tikinti sahəsinə baş çəkib.

“İki sahil” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Modernləşdirilmiş və çoxfunksiyalı hərbi dəniz bazasının yaradılması regional təhlükəsizlik vəziyyətinə uyğun olaraq Hərbi Dəniz Qüvvələrini qısa müddət ərzində güclü xidmətə çevirmək üçün əsas prosesdir”, - deyə Kim Çen In bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Şimali Koreyanın böyük sualtı qayıqları və gəmiləri olacaq. Onların yeni hərbi-dəniz bazasında yerləşdirilməsi nəzərdə tutulur.

Chosen
142
7
ikisahil.az

10Sources