Husilər Yəmənin hava məkanında ABŞ-ın “MQ-9 Reaper” hücum pilotsuz təyyarəsini vurmağa müvəffəq olduqlarını bildiriblər.BUTA.TV xəbər verir ki, bu barədə husilərin Yəhya Səriya məlumat verib. "Yəmənin hava hücumundan müdafiə qüvvələri Marib vilayətinin hava məkanında Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub", - Səriya bildirib. Əlavə edib ki, bu, Yəmən ərazisi üzərində vurulan ABŞ-ın bu tipli səkkizinci PUA-sıdır.