EN

KTMT-nin kəşfiyyat təlimi başladı, Ermənistan qatılmadı

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Poisk-2024" kəşfiyyat qüvvələrinin xüsusi təlimləri keçirilir.
 
Oxu.Az TASS-a istinadən xəbər verir ki, KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat yayıb.
 
"Qırğızıstan Respublikasında "Edelveys" poliqonunda "Poisk-2024" kəşfiyyat qüvvələri və vasitələrinin iştirakı ilə keçirilən xüsusi təlim çərçivəsində kəşfiyyat qrupları tapşırıqların yerinə yetirildiyi ərazilərə yerləşdirilib. Burada silahlı münaqişənin lokallaşdırılması zamanı KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrindən istifadə edilməsi üzrə tapşırıqlar işlənilir", - o bildirib.
 
Qeyd edək ki, təlimlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın qoşun kontingentləri iştirak edir. Ermənistan ordusu təlimlərə qatılmayıb.
Chosen
89
5
moderator.az

4Sources