EN

19 yaşlı qız Parisdə “qızıl” qoymadı

Gənc çinli üzgüçü Cyanq Yuyan ötən gün Paris Paralimpiya Oyunlarında yeddinci qızıl medalını qazanıb.   Manset.az Publika.az-a istinadən xəbər verir ki, üç yaşında avtomobil qəzasında sağ qolunu və ayağını itirən 19 yaşlı Cyanq qadınlar arasında S6 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında Paralimpiya dünya rekordunu yeniləyərək yarışda yeddinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Paris-2024-cü il Cyanq Yuyan üçün karyerasında ikinci Paralimpiya Oyunlarıdır.

Chosen
94
manset.az

1Sources