EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 386 Bakı şəhəri, 3 sentyabr 2024-cü il

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bu­nunla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 67 nömrəli Fərma­nının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 67 nömrəli Fər­manının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2012, № 12, maddə 1382 (Cild I) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının in­formasiya sistemlərinin dairəsi”nin “Dövlət orqanının adı” sütunu üzrə 37-ci hissədə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri “Məh­kəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 fevral ta­rixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2019, № 2, maddə 336 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlə­rinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 

2.1. 2.1-ci bənd ləğv edilsin;

2.2. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

 

6.       Məhkəmə-Hüquq Şurası
6.1.    “Elektron məhkəmə” informasiya sistemi


3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 491 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2023, № 12 (II kitab), maddə 1826 (Cild I) ilə təsdiq edilmiş “İnforma­siya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin “İnformasiya resursları dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilməli olan dövlət orqanlarının (qurumları­nın) adı” sütunu üzrə 3-cü hissədə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
80
14
xalqqazeti.az

10Sources