EN

İmtahanların nəticələri 5 gün ərzində elan olunacaq – DİM

İmtahanların nəticələri 5 gün ərzində elan olunacaq – DİM




2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirilib.AzFakt.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.Bildirilib ki, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.“İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.Sentyabrın 9-dan DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq”.




Xəbərin oxunma sayı :
85

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
16
azfakt.com

10Sources