EN

Sankt-Peterburqda seçki məntəqələrində 30-a yaxın insan qidadan zəhərlənib

Rusiyanın Sankt-Peterburq şəhərində 30-a yaxın insan şəhər seçki məntəqələrində qida zəhərlənməsi əlamətləri ilə həkimlərə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i RF İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

“Rospotrebnadzor”un əməkdaşları hazır yeməklərin istehsal olunduğu və seçki məntəqələrinə təhvil verildiyi binalara baxış keçiriblər və müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunur ki, şəhərin Admiralteyski və Kirovski rayonlarındakı seçki məntəqələrində baş verən zəhərlənmələrlə bağlı istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Sankt-Peterburqda sentyabrın 6-dan 8-dək qubernator və bələdiyyə müavinləri üçün seçkilər keçirilir.

Chosen
147
50
azpolitika.info

10Sources