EN

"Qalatasaray"lılara İkardi şoku

Türkiyə Süper Liqasında "Çaykur Rizəspor"la qarşılaşacaq "Qalatasaray" komandasında Mauro İkardi şoku yaşanır. Argentinalı ulduz futbolçu "Adana Dəmirspor"la keçirilən oyunun 25-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, İkardinin zədəsinin ciddiliyinə görə onun ən azı bir ay meydanlardan uzaq qalması gözlənilir. Bərpa prosesi isə 1,5-2 ay davam edə bilər.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm Super Liqada uğurlu performans göstərərək 3 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Baş məşqçi Okan Burukun ikili hücumçu planı üçün İkardinin dönüşünü gözlədiyi, hazırda isə Osimhenin mərkəz hücumçusu olaraq ilk 11-likdə yer alacağı ehtimal olunur.

Chosen
99
7
metbuat.az

10Sources