Xəbər verdiyimiz kimi, model Günay Musyaeva hazırda Meksikadadır. Model mahnı oxuyan yerdə çəkilən videosunu paylaşıb.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, yoqa kampına qatılan Günay səfərdə olduğu müddətdə anasının heç vaxt onunla maraqlanmamasından şikayətlənib:
"Anam oğlum yanımda yoxdur deyə, mənə zəng etmir. Mən də onun ən sevdiyi mahnını dostlarımın qarşısında oxudum. Ümid edirəm ki, məni xatırlayar".
Qeyd edək ki, Günay Türkiyədə yaşayır və Cahangir adlı bir oğul övladı var.
Bizim.Media