EN

Azərbaycan səfərdə Slovakiyaya məğlub oldu

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

 

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

 

Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

 

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

 

Oxu.az

Tarix: 8 Sentyabr 2024, 21:56   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
17
pravda.az

10Sources