"Barselona" rəhbərliyi mərkəz müdafiəçisi Ronald Arauxo və hücumameyilli yarımmüdafiəçi Frenkie de Yonqun klubdakı gələcəkləri ilə bağlı hələ də qərar vermədiklərindən narahatdır.
Bu barədə Mundo Deportivo məlumat yayıb. Mənbənin sözlərinə görə, İspaniya nəhəngi bu futbolçuların müqavilələrini yeniləmək niyyətində olub-olmaması ilə bağlı hələ də cavab ala bilməyib. “Blauqrana”nın Arauxo və de Yonqun agentləri ilə danışıqlar apardığı vurğulanır, lakin hazırda heç bir irəliləyiş yoxdur. Futbolçular əmək müqavilələrini gələn yaya qədər yeniləməsələr, "Barselona" onları satmaq variantlarını nəzərdən keçirməyə başlayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, De Yonq və Arauxonun müqavilələri 2026-cı ilin yayına qədərdir.
Nazlı Almuradova