EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - aktiv fəaliyyət zamanıdır. Köhnə planlardan bəzilərini xatırlamaq olar. Müttəfiqləri dürüst seçin. İnformasiya minimum həddə olsa da, kiminlə çalışdığınızı müəyyənləşdirin. Yalançı və xəyanətkar, etibarsız insanlardan uzaq durun. Gəlirlər istisna deyil. Uğurlu alış-veriş və sərmayələr də ola bilər.

Buğa - günün ilk yarısı həddən artıq uğurlu olacaq. Peşəkar fəaliyyət müstəvisində inkişaf üçün yaxşı imkanlar yaranacaq. Faydalı tanışlıqlara nail ola bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Uğurlarınızdan danışmaqdan utanmayın.

Əkizlər - günün ilk yarısında fəaliyyətinizin maksimal dərəcədə effektiv olmasına çalışın. Aktiv olsanız, süstlüyə qapılmasanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Əks təqdirdə problemlərinizi başqaları həll edəcək.

Xərçəng - Hər addımınızı düşünün, götür-qoy etmədən çalışmayın. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin. Fəsadları sonradan təəssüf və pərişanlıq doğuracaq səhvlər etməyin.

Şir - günün ilk yarısı rəvan zamandır. Önəmli saydığınız işlərdə irəliləyişə nail olun. Gərəkli nəticə əldə olunmayanda tələskənliyə yol verməyin. Səbrli və təmkinli olun. Tənqidə maksimal dərəcədə sakit reaksiya verin. Başqalarının sözlərinə çox qulaq asmayın. Nə etmək gərəkdiyi barədə öz fikirləriniz hər şeydən üstündür.

Qız - gün çətinliklərdən xali deyil. Problemlərə daxilən hazır olun, mənəvi tarazlığı üstün tutun. Son vaxtlar çox qüvvə sərf etdiyiniz məsələlərdə irəliləməyə çalışın. Gecikmələr və təxirəsalmalar sizi təəssüfləndirə bilər. Buna görə başladığınız işi yarımçıq qoymayın.

Tərəzi - günün ilk yarısı işgüzar fəaliyyət və yaradıcılıq planlarının həlli üçün əlverişli zamandır. İkinci dərəcəli işlərlə məşğul olaraq önəmli məsələni kölgəyə salmayın. Qərarları müstəqil qəbul edin. Yaranmış situasiyanı müzakirə edin, dürüst qərarlar verin.

Əqrəb - bir sıra məsələlər baxımından əlverişli gündür. Mürəkkəb və mühüm işləri başa çatdırın. Xeyli qüvvə sərf etdiyiniz məsələni yarımçıq qoymayın. Maliyyə durumunuz əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Köhnə borcun qaytarılması və ya ödənişin alınması mümkündür.

Oxatan - günün ilk yarısı sürprizlər vəd edir. Hadisələr gözləntilərinizə uyğun olaraq inkişaf edəcək. Planlarınızı həyata keçirməyə kimsə mane olmamalıdır. Çətinliklər yaranarsa, köhnə dostlar və sınanmış müttəfiqlərə üz tutun. Bunu nə qədər tez etsəniz, problemlərin həlli bir o qədər az vaxt olacaq.

Oğlaq - çətinliklərdən xali olmayan gündür. Narahat olmayın, yaşanacaq problemləri əvvəlcədən təxminləmək olar. Bu səbəbdən də heç bir hadisəni qəfil saymayın. Uğurlar istisna deyil. Daha güclü rəqiblərlə mübarizəyə başlamaqdan çəkinməyin.

Dolça - gün pis deyil. Saatlar keçdikcə şəxsi münasibətlərdə ciddi dəyişikliklərə nail olmaq mümkündür. Başladığınız işi yarımçıq qoymayın. Astagəl, süst olmayın.

Balıqlar - günün ilk yarısı sakit və xoş keçəcək. Böyük uğurlar olmayacaq. Yaşamınızda köklü dəyişikliklər etməyə can atmayın. Çalışdığınız işdən həzz alın. Sizi narahat edən problemləri maraqlı insanlarla müzakirə etmək olar. Yeni məlumat, bilik və təcrübə əldə etmək üçün münasib zamandır.

Milli.Az

Chosen
187
36
mia.az

10Sources