Manset.az xəbər verir ki, bu barədə məlumatı "KVN"ın mətbuat xidməti yayıb. "Çox təəssüf hissi ilə bildiririk ki, Aleksandr Vasilyeviç Maslyakov 2024-cü il sentyabrın 8-də vəfat edib. O, "KVN" hərəkatının bütün iştirakçıları və milyonlarla tamaşaçı üçün əfsanə olub və əbədi olaraq belə qalacaq. 1964-cü ildən "KVN" proqramına aparıcılıq edib, Rusiyada və xaricdə yumor və satira simvoluna çevrilib", - təşkilatın "Telegram" kanalında deyilir. Qeyd edək ki, Maslyakov bir çox mükafatlara layiq görülüb, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri, "AMiK" yaradıcılıq birliyinin təsisçisi olub.
"Onun yerli əyləncə televiziyasının inkişafına verdiyi töhfəni qiymətləndirmək olmaz", - məlumatda vurğulanır.