EN

Ağ Ev Qəzza sazişinin yeni şərtlərinə şübhə ilə yanaşır

Ağ Ev Qəzzada girovların azad edilməsi və atəşkəs üçün strategiyasını nəzərdən keçirir. Eyni zamanda, yeni təkliflərlə bağlı şübhələr artır.

Bu barədə “Axios” xəbər verir.

ABŞ rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Co Baydenin yüksək səviyyəli köməkçiləri indi yeni təklif irəli sürməyin mənası olub-olmadığını düşünürlər. Bu, HƏMAS və İsrailin danışıqlarda daha sərt mövqe tutması ilə bağlıdır.

Belə ki, keçən həftə Baydenin baş məsləhətçiləri danışıqların gedişatını qiymətləndirdilər və yaxın gələcəkdə razılığa gəlmək şanslarına çox şübhə ilə yanaşdılar.

Oxuməni.az

Chosen
162
43
oxumeni.az

10Sources