Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti müşahidə ediləcək.BAKU.NEWS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən sarı xəbərdarlıqda bildirilib.Sarı xəbərdarlığa uyğun olaraq, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.