EN

Əmisi Narinin meyitini torbaya qoyub... - YENİLƏNİB

Türkiyəni günlərdir sarsıdan Narinin qətli ilə bağlı ilk etiraf saxlanılan şübhəli şəxsdən gəlib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs cinayətin təfərrüatını açıqlayıb  

Avtomobili ilə dərə kənarına getdiyi müəyyən edildikdən sonra saxlanılan şübhəli dindirilməsində  "Kəndin muxtarı (Narinin əmisi,- red.) meyiti mənə çuvalda verdi. Onu götürüb dərəyə apardım", - deyib. 

Məlumata görə, qətllə bağlı mühüm etirafdan sonra istintaq dərinləşdirilib.

Yarılma zamanı Narinin cəsədindən 91 nümunə götürüldüyü, sol ayağının çuvaldakı diz hissəsindən kəsildiyi, sümük parçalarının İstanbul Ədliyyə Tibb Qurumuna göndərildiyi öyrənilib.

***12:07

Türkiyə günlərdir 8 yaşlı Narinin itkin düşməsindən və onun dəhşətli ölümündən danışır.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, 19 gündür ictimaiyyətin gündəmində olan 8 yaşlı Narin Güran ötən gün Diyarbəkirdə dərənin kənarında tapılıb.

Türkiyəni şoka salan ölüm xəbərindən sonra qızın ölüm səbəbini müəyyən etmək üçün araşdırmaya başlanılıb. Onun cansız bədəni Ədli Tibb prosesi kiçik qızın ölümünün sirrini açmağa başlayıb.

8 yaşlı uşağın deformasiyaya uğramış meyiti 13 nəfərdən ibarət ekspert qrupu tərəfindən müayinə olunub. İlkin rəydə Narinin boynunda boğulma izi olduğu, 15 gündür suda qalması, ayağının sındığı müəyyən edilib.

Ailə üzvləri də daxil olmaqla 24 nəfərin saxlanıldığı istintaq davam edərkən Narinin böyük bacısının da 9 yaşında dünyasını dəyişdiyi məlum olub.

 Narinin anası balaca qız yoxa çıxandan sonra verdiyi müsahibədə deyib: “Mənim Narin evdə tək qız idi. 7 il əlil qızıma qulluq etdim, sonra o rəhmətə getdi", - deyib. Sonradan məlub olub ki, Narinin fiziki qüsurlu bacısı 9 yaşında ikən pilləkənlərdən yıxılaraq ölüb.  Bu məlumatdan sonra onun da ölüm səbəbinin araşdırılması istənilib. 

Xatırladaq ki, hadisə avqustun 21-də günorta saatlarında Bağlar rayonunun Tavşantəpə kəndində baş verib. Quran kursuna gedən Narin Güran ayrıldıqdan sonra evə qayıtmayıb. Kənd sakinləri ilə aparılan axtarışlar nəticə verməyincə Narinin atası Arif Güran həmin gün saat 20:00 radələrində jandarma bölməsinə gedərək qızının itkin düşdüyünü bildirib.

Narinin yoxa çıxdığı saatlarda yoldan keçdiyi müəyyən edilən 150-yə yaxın avtomobil sorğu-sual edilib. Məhəllədəki evlərdə və kəndə daxil olan avtomobillərdə axtarış aparılıb. Ümumilikdə 12 min 565 nəqliyyat vasitəsinə baxış keçirilib, 130 nəfərin ifadəsi alınıb, 32 min 952 nəfər yoxlanılıb, 7 izləyici itlə 11 min hektardan çox ərazidə axtarış aparılıb.

İstintaq çərçivəsində bu dəfə Narinin əmisi Tavşantəpə məhəlləsinin muxtarı Səlim Güran saxlanılıb. Güranın avtomobilindən götürülmüş DNT nümunələrinin Narinin paltarındakı DNT nümunələri ilə üst-üstə düşdüyü müəyyən edilib.

Gülayə Mecid 

Chosen
326
1
unikal.az

10Sources