Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə günorta saatlarında Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyev idarə etdiyi "Hundai SantaFe" markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneələrə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.