EN

Məzahir Pənahovdan şikayətçilərə və mediaya ÇAĞIRIŞ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib.
"Report" xəbər verir ki, M.Pənahov bu barədə bu gün keçirilən iclasda danışıb.
O qeyd edib ki, 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılacaq.
"Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən MSK buna aydınlıq gətirib qərar verəcək. Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq", - deyə sədr əlavə edib.
Chosen
186
10
oxu.az

10Sources