Amerikanın "The White Stripes" rok qrupu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı məhkəməyə verib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, Amerikanın "The White Stripes" rok qrupunun keçmiş üzvləri Cek və Meq Uayt 2003-cü ildə "Seven Nation Army" mahnısının müəllif hüquqlarını pozduğuna görə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı məhkəməyə veriblər.
Musiqiçilər Trampı və onun kampaniyasını mahnını mənimsəməkdə və müəllif hüquqlarını pozmaqda ittiham edərək Nyu-York federal məhkəməsində iddia qaldırıblar.
Şikayətdə bildirilir ki, rokçular Trampın prezidentliyi dövründə etdiyi hərəkətlərə qəti şəkildə qarşı çıxırlar. Onlar həmçinin Trampın hazırkı seçki kampaniyasını pisləyiblər və qrupun mahnısının onların xəbəri və razılığı olmadan istifadə edildiyini qeyd ediblər.
Gülşən Şərif