EN

Rayon Ağsaqqallar Şurasında tədbir keçirilib

İmişli rayon Ağsaqqallar Şurasının qərargahında rayon Ağsaqqallar Şurasının rəhbərliyinin  Bəhrəmtəpə qəsəbə yerli şurasının idarə heyətinin üzvlərinin  iştirakı ilə tədbir keçirildi. Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədr müavini Səlim Məhərrəmov, sədr köməkçisi Ramiz Əliyev,  Bəhrəmtəpə qəsəbə şurasının idarə heyətinin  üzvləri  iştirak edirdilər. Tədbirdə Bəhrəmtəpə qəsəbə idarə heyətinin üzvləri ümumi yığıncağın davamı olaraq qəsəbə yerli şurası sədrinin 4 müavinini – Müsalim Şirəliyev, Əlzadə Allahverdiyev, Məhəmmədəli Zeynalov və Elxan Şirinov səsvermə yolu ilə seçdilər.            

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov çıxış edərək bildirdi ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Hesablayıcı Komissiyanın sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin rəhbərliyi altında Şura xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətini daha da intensivləşdirmiş  və ictimai-siyasi proseslərdə daha yaxından iştirak edərək öz fəaliyyətini səmərəli şəkildə bir çox istiqamətlərdə inkişaf etdirmişdir. 

Rayon şurasının sədr müavini Səlim Məhərrəmov, sədr köməkçisi Ramiz Əliyev,  qəsəbə şurasının sədri Yaqub Hüseynov, idarə heyətinin üzvləri Qafqaz Behbudov, Elxan Şirinov və digərləri qəsəbə şurasının qarşısında duran ümumi vəzifələrdən, yaxın vaxtlarda həyata keçiriləcək tədbirlərdən danışdılar. Qeyd olundu ki, qəsəbədə keçirilən ümumi yığıncaqda yas məclislərinin sadələşdirilməsi üçün qəsəbədə yaşayan insanlar arasında təbliğat işi daha da gücləndirilməli və hamının qəbul etdiyi bir məclis şəklinə salınmalıdır. Qəsəbə sakinlərinin narazılığının yaranmaması üçün ağsaqqallar bu sahədə öz sözlərini deməlidirlər.          

Tədbirdə 15 sentyabr məktəblərdə yeni tədris ilinin başlanması günü  qəsəbədə yerləşən tədris müəssisələrində ağsaqqalların iştirakının təmin edilməsi, şagirdlərə təhsil sahəsində uğur əldə edilməsi və vətənpərvərlik hislərinin aşılanmasının tövsiyyə  edilməsi qərarlaşdırıldı.

1Sources