EN

Gürcüstanda Əfqan Sadıqovun müdafiəsilə bağlı aksiya

Bu gün Tbilisidə Gürcüstan Hökumət Evinin qarşısında Azərbaycanın “Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun müdafiəsi üçün etiraz aksiyası keçirilib.

Onun xanımı Sevinc Sadıqova Turan-a bildirib ki, aksiyada yerli müstəqil jurnalistlər və fəallar iştirak ediblər.

Aksiya iştirakçıları Gürcüstan hakimiyyətindən  Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırmağı tələb ediblər.

"Əgər Gürcüstan hakimiyyəti Əfqanı təhvil verərsə, bu o demək olacaq ki, onlar Azərbaycanın avtoritar rejiminin əmrini yerinə yetirirlər", - Sadıqova bildirib. O qeyd edib ki, aksiya iştirakçıları Azərbaycanda 300 siyasi məhbusun hamısının azad edilməsini tələb ediblər.

*Ötən il dekabrın 24-də Əfqan Sadıqov ailəsilə birlikdə Gürcüstana gedib. O, avqustun 3-də ailəsilə birlikdə İstanbula getmək istərkən Gürcüstan polisi tərəfindən saxlanılıb. Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycana ekstradisiya məqsədilə onu 3 ay müddətinə həbs edib.

Mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi Əfqan Sadıqova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrilə ("təhdid yolu ilə tələb etmək, başqasının əmlakını ələ keçirmək, dəfələrlə kompromat informasiyanın dərcilə təhdid etmək") ittiham irəli sürüb.

Gürcüstanda

Gürcüstanda

Gürcüstanda

Gürcüstanda

Chosen
113
25
turan.az

10Sources