Çərşənbə axşamı, sentyabrın 10-da Ermənistanın ən böyük istilik elektrik stansiyasında – Razdanda partlayış baş verib.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib. Partlayış bir nəfərin həyatına son qoyub.
Daha beş nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub. Səhiyyə Nazirliyi öz növbəsində bildirib ki, həkimlər dörd zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Daha bir nəfərin vəziyyəti isə ağırdır.
//Samir Qurbanov, Editor.az