EN

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub VİDEO

Naxçıvan

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Chosen
162
49
azertag.az

10Sources