O, qərarını MSK-nın onun şikayətini rədd etməsi ilə əsaslandırıbREAL Partiyasının sədri İlqar Məmmədov partiya sədrliyindən istefa verib.Bu barədə İlqar Məmmədov “Facebook” səhifəsində yazıb.O bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair onun şikayətini rədd edib:“Nəticə etibarı ilə, 2023-cü ildə söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.İlqar Məmmədov sentyabrın 1-də keçirilən erkən parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən seçkilərə qatılmışdı Bu dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib elan olunub.Bu gün MSK İlqar Məmmədovun şikayətinə baxıb və 3 məntəqənin nəticələrini etibarsız elan edib.İlqar Məmmədov 2010-cu ildən Respublikaçı Alternativ Hərəkatının sədridir.Hərəkat 2008-ci ildə təsis olunub.2020-ci ilin avqustunda partiya olaraq dövlət qeydiyyatına alınıb.İlqar Məmmədov 2013-cü ilin yanvarında Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.Avropa Məhkəməsi 2014-cü ildəki qərarı ilə onun siyasi səbəblə həbs edildiyi haqda qərar çıxarıb.2018-ci il avqustun 13-də İ.Məmmədov şərti azadlığa buraxılsa da, Avropa Şurası bunu yetərli icra forması saymayıb, çünki 2019-cu il mayın 29-da Avropa Məhkəməsi daha bir qərar verərək Azərbaycanın İlqar Məmmədov işində Şuradakı üzvlük öhdəliklərini pozduğunu bildirmişdi.Ancaq 2020-ci ilin aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verəndən sonra Avropa Şurası işi bağlayıb və Azərbaycan üzərindən üzvlükdən çıxarılma təhlükəsi götürülüb.