“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda postunu tərk edə bilər.
Msport.az xəbər verir ki, ispan çalışdırıcı gələn yay “şəhərlilər”dən ayrılmağa qərar verib.
Pepin yerini tutmağa ən real namizəd kimi “Jirona”nın çalışdırıcısı Miçel göstərilir.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.